Milli Məclisin təntənəli iclası ilə bağlı bir sıra ölkələrin parlamentlərinə dəvət göndərilib

Milli Məclis
  • 03 sentyabr, 2018
  • 06:40
Milli Məclisin təntənəli iclası ilə bağlı bir sıra ölkələrin parlamentlərinə dəvət göndərilib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycan Parlamentinin 100 illiyinə həsr edilən təntənəli iclasın keçirilməsi ilə bağlı bir sıra ölkələrin parlamentlərinə dəvət göndərilib.

Bu barədə “Report”a Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

O bildirib ki, sentyabrın 20-də keçiriləcək iclasda xarici ölkələrin parlamentlərinin spikerilərinin, nümayəndə heyətlərinin iştirakı gözlənilir.

A.Təvəkküloğlu qeyd edib ki, yubileylə bağlı film, kitab və broşürlər hazırlanır.