Milli Məclisin sədr müavini: “Azərbaycanın yerləşdiyi coğrafi məkan İpək Yolu üzərində yerləşən ölkələrə imkanlar yaradır”

Milli Məclisin sədr müavini: “Azərbaycanın yerləşdiyi coğrafi məkan İpək Yolu üzərində yerləşən ölkələrə imkanlar yaradır” Bakı. 13 mart. REPORT.AZ/ “ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun yaradılması müsbət addımdır. Bu istiqamətdə çox böyük işlər görülüb. Azərbaycanın belə bir təşəbbüslə çıxış etməsi təsadüfi deyil. Çünki Azərbaycanın yerləşdiyi coğrafi məkan İpək Yolu üzərində yerləşən ölkələrə imkanlar yaradır”.
Milli Məclis
13 Mart , 2018 11:01
Milli Məclisin sədr müavini: “Azərbaycanın yerləşdiyi coğrafi məkan İpək Yolu üzərində yerləşən ölkələrə imkanlar yaradır”
Milli Məclisin sədr müavini Bahar Muradova / Report

Bakı. 13 mart. REPORT.AZ/ “ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun yaradılması müsbət addımdır. Bu istiqamətdə çox böyük işlər görülüb. Azərbaycanın belə bir təşəbbüslə çıxış etməsi təsadüfi deyil. Çünki Azərbaycanın yerləşdiyi coğrafi məkan İpək Yolu üzərində yerləşən ölkələrə imkanlar yaradır”.

“Report”un xəbərinə görə, bunu ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun Bakıda keçirilən beynəlxalq konfransında Milli Məclisin sədr müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

O bildirib ki, Azərbaycanın fəal iştirakı ilə bir sıra beynəlxalq layihələr həyata keçirilib: “Azərbaycan həm siyasi, həm də iqtisadi baxımdan İpək Yoluna Dəstək Qrupunun yaradılması təşəbbüsü ilə çıxış edib. Bu yol Şərqlə-Qərbi birləşdirə biləcək yoldur. Azərbaycan bu istiqamətdə üzərinə düşən işləri görür”.

Son xəbərlər

Orphus sistemi