Milli Məclisin payız sessiyasının sonuncu iclasının vaxtı məlum olub

Milli Məclis
  • 04 dekabr, 2017
  • 06:45
Milli Məclisin payız sessiyasının sonuncu iclasının vaxtı məlum olub
Milli Məclis
Report

Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin 2017-ci ildə və payız sessiyasında keçiriləcək sonuncu plenar iclasının tarixi açıqlanıb.

“Report”un xəbərinə görə, parlamentin sonuncu plenar iclası dekabrın 29-da olacaq.

Bu tarixə qədər parlamentin daha iki plenar iclası keçiriləcək. Həmin iclaslar dekabrın 15-də və 22-də olacaq.

Qeyd edək ki, Milli Məclisin sonuncu plenar iclası dekabrın 1-də keçirilib.