Milli Məclisin payız sessiyasının ilk plenar iclasının gündəliyi açıqlanıb

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının gündəliyi açıqlanıb İiki iclasın gündəliyinə 62 məsələ daxildir
Milli Məclis
25 Sentyabr , 2018 09:51
Milli Məclisin payız sessiyasının ilk plenar iclasının gündəliyi açıqlanıb
0 : 00
0 : 00

Bakı. 25 sentyabr. REPORT.AZ/ Milli Məclisin oktyabrın 1-də və 5-də keçiriləcək payız sessiyasının ilk plenar iclaslarının gündəliyi açıqlanıb.

"Report" xəbər verir ki, iki iclasın gündəliyinə 62 məsələ daxildir.

Bunlar “Azərbaycan Respublikasının İsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında”, “Normativ hüquqi aktlar haqqında”, Aviasiya haqqında”, “İstehsalat bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimləməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Standartlaşdırma haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Vəkil və vəkillik fəaliyyəti haqqında”, və s. qanunlara dəyişiklik layihələridir.

Bundan başqa, iclaslarda İnzibati Xətalar, Mənzil, Mülki, Vergi, Gömrük məcəllələrinə dəyişiklik layihələri də müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi