Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb.
"Report" xəbər verir ki, parlamentin növbəti plenar iclası oktyabrın 20-də keçiriləcək.
İclasın gündəliyinə 5 məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
1. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun çıxışı;
2. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş);
3. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş);
4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş);
5. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).