Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası başlayıb

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası başlayıb Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının sonuncu plenar iclası başlayıb.
Milli Məclis
29 İyun , 2018 12:01
Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası başlayıb

Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının sonuncu plenar iclası başlayıb.

“Report”un xəbərinə görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 39 məsələ daxildir.

Bunlar “Polis haqqında”, “İnformasiya əldə etmək haqqında”, “İcarə haqqında”, “İcra məmurları haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Dövlət qulluğu haqqında”, “Siyasi partiyalar haqqında”, “Feldyeger rabitəsi haqqında”, “Yol hərəkəti haqqında”, “İcra haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Büdcə sistemi haqqında”, “Notariat haqqında” və s. qanunlara, o cümlədən Cinayət, İnzibati Xətalar, Cinayət Prosessual, İnzibati Prosessual, Cəzaların İcrası, Mülki, Vergi məcəllələrinə dəyişiklik layihələridir.

İclasda “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi də müzakirəyə çıxarılacaq.

Deputatlar yeni hazırlanan “Məşğulluq haqqında” (üçüncü oxunuş), “Azərbaycan Respublikasında dövlət daktikloskopik və genom qeydiyyatı haqqında” (üçüncü oxunuş), “Azərbaycan Respublikası Hesablama Palatası haqqında” (üçüncü oxunuş) qanun layihələrini də müzakirə edəcəklər.

Plenar iclasda “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə əlaqədar bəzi qanunlara dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə də baxılması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi