Milli Məclisin növbədənkənar plenar iclaslarının tarixi müəyyənləşib

Milli Məclis
  • 12 iyun, 2018
  • 08:41
Milli Məclisin növbədənkənar plenar iclaslarının tarixi müəyyənləşib
Milli Məclis
Report

Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin iyunda keçiriləcək növbədənkənar daha iki plenar iclasının tarixi məlum olub.

“Report”un xəbərinə görə, iyunun 28 və 29-da ardıcıl iki iclas keçiriləcək.

Plenar iclaslarda “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsinin müzakirə ediləcəyi nəzərdə tutulur.

Xatırladaq ki, parlamentin növbədənkənar sessiyasının ilk iclası bu gün, iyunun 12-də keçirilir.