Milli Məclisin iki komitəsinə yeni üzvlər seçiləcək

Milli Məclis
  • 25 aprel, 2018
  • 07:09
Milli Məclisin iki komitəsinə yeni üzvlər seçiləcək
Milli Məclis
Report

Bakı. 25 aprel. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin (MM) Gənclər və idman komitəsinə və Mədəniyyət komitəsinə yeni üzvlər seçiləcək.

“Report”un xəbərinə görə, MM-in mayın 1-də keçiriləcək plenar iclasında deputat Azər Badamov və Eldəniz Səlimovun parlamentin Gənclər və idman komitəsinin, Hüseynbala Mirələmovun isə Mədəniyyət komitəsinin üzvü seçilməsi məsələsi müzakirəyə çıxarılacaq.