Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.
"Report"un xəbərinə görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantıda 2023-cü ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdirilir.
İclasda hökumət üzvləri də iştirak edirlər.