Milli Məclisin deputatları QDİƏT Parlament Məclisinin sessiyasında iştirak edirlər

Milli Məclisin deputatları QDİƏT Parlament Məclisinin sessiyasında iştirak edirlər Bakı. 29 noyabr. REPORT.AZ/ Milli Məclisin komitə sədrinin müavinləri Eldar Quliyev, Musa Quliyev, Jalə Əliyeva, deputatlardan Çingiz Qənizadə və Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi Baş Assambleyasının 50-ci sessiyasında iştirak etmək üçün noyabrın 27-dən Ukraynada səfərdədirlər.
Milli Məclis
29 Noyabr , 2017 11:24
Milli Məclisin deputatları QDİƏT Parlament Məclisinin sessiyasında iştirak edirlər

Bakı. 29 noyabr. REPORT.AZ/ Milli Məclisin komitə sədrinin müavinləri Eldar Quliyev, Musa Quliyev, Jalə Əliyeva, deputatlardan Çingiz Qənizadə və Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi Baş Assambleyasının 50-ci sessiyasında iştirak etmək üçün noyabrın 27-dən Ukraynada səfərdədirlər.

Parlamentin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Kiyev şəhərində keçirilən toplantıda təşkilati məsələlərlə yanaşı Qara dəniz regionunda iqtisadi böhranın nəticələrinin aradan qaldırılması, gənc ailələrin sosial müdafiəsi, mədəniyyət, təhsil, texnologiya və ekologiya sahəsində mövcud problemlər barədə məsələlər müzakirəyə çıxarılıb.

Deputatlarımız müzakirə edilən məsələlərə öz münasibətlərini bildirəcəklər.

Səfər dekabrın 1-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi