Milli Məclisin deputatı xarici işlər nazirini istefa verməyə çağırıb

Milli Məclis
  • 30 mart, 2018
  • 08:58
Milli Məclisin deputatı xarici işlər nazirini istefa verməyə çağırıb
Deputatı Fəzail Ağamalı və xarici işlər naziri Elmar Məmmədyarov

Bakı. 30 mart. REPORT.AZ/ Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentdə keçirilən ermənilərin azərbaycanlılara qarşı soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasda xarici işlər naziri Elmar Məmmədyarovu istefa verməyə çağırıb.

“Report”un xəbərinə görə, o deyib ki, E.Məmmədyarov öz işini layiqincə görmür, Dağlıq Qarabağ danışıqlarında nəticə əldə edilmir.

Parlamentin sədri Oqtay Əsədov da ona cavab olaraq ironiya ilə sual verib: “Ana Vətən Partiyasının sədri niyə xarici işlər nazirindən yapışır? Prezidentliyə namizəd də, Siz də xarici işlər nazirinin fəaliyyətini müzakirə edirsiniz”.