Milli Məclisin deputatı beynəlxalq tədbirdə iştirak edəcək

Milli Məclis
  • 02 mart, 2020
  • 06:50
Milli Məclisin deputatı beynəlxalq tədbirdə iştirak edəcək

Milli Məclisin deputatı Musa Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) tədbirlərində iştirak etmək üçün martın 3-dən 4-dək Türkiyənin İstanbul şəhərində səfərdə olacaq.

Bu barədə “Report”a Milli Məclisin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qurumun Reqlament üzrə işçi qrupunun toplantısında QDİƏT PM-nin Nizamnaməsinə təklif olunan dəyişikliklər barədə məsələyə baxılacaq. Təşkilatın Parlament Məclisinin Daimi Komitəsinin xüsusi iclasında bununla bağlı müzakirələr aparılacaq.

Deputat yığıncaqlarda çıxış edəcək, məsələyə dair öz fikirlərini açıqlayacaq.