Yuxarı

Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib

© Report
Bakı. 9 fevral. REPORT.AZ/ Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.

“Report”un xəbərinə görə, iclasda “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Yeyinti məhsulları haqqında”, “Standartlaşdırma haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında” və “Üzümçülük və şərabçılıq haqqında” qanunlarına dəyişiklik layihələrinə baxılıb.

Müzakirələrdə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli də iştirak edib.

Yekunda qanun layihələri plenar iclasa tövsiyə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi