Bakı. 1 noyabr. REPORT.AZ/ “Milli Məclisə seçkilərin ilkin nəticələri təxminən gecə saat 12-də açıqlanacaq”. “Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib.
O, KİV nümayəndələrinə müraciət edərək seçki prosesində baş verənləri olduğu kimi ictimaiyyətin diqqətinə çatdırmaqlarını istəyib. MSK sədri sosial şəbəkə istifadəçilərinin fəaliyyətindən də danışıb: “Mən onların da fəaliyyətini izləyirəm. Lakin onlar da bilməlidir ki, addımlarını qanunvericiliyə uyğun atmalıdırlar”.