Milli Məclisdə televiziyaların fəaliyyəti tənqid olunub

Milli Məclisdə televiziyaların fəaliyyəti tənqid olunub Bakı. 4 may. REPORT.AZ/ “Yaxşı həkimin reklama ehtiyacı yoxdur. Televiziyaları açan kimi görürsən ki həkimləri reklam edirlər, İrandan, Türkiyədən filan həkim gəlib, 5 günlük xəstələri qəbul edəcək, gəlin və s. Öz məşhur həkimlərimiz kənarda qalır. Televiziyalarda hətta ara həkimlər də reklam edilir”.
Milli Məclis
4 May , 2018 13:32
Milli Məclisdə televiziyaların fəaliyyəti tənqid olunub

Bakı. 4 may. REPORT.AZ/ “Yaxşı həkimin reklama ehtiyacı yoxdur. Televiziyaları açan kimi görürsən ki həkimləri reklam edirlər, İrandan, Türkiyədən filan həkim gəlib, 5 günlük xəstələri qəbul edəcək, gəlin və s. Öz məşhur həkimlərimiz kənarda qalır. Televiziyalarda hətta ara həkimlər də reklam edilir”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas deyib.

Onun sözlərinə görə, müzakirələr aparılır, etiraz edilir, amma nəticə olmur: “Axşam televizyada yenə də ara həkimlər reklam olunacaq. Telekanallarda əsasən 3 reklama üstünlük verilir: Həkimlər, dərmanlar və klinikalar. Bu cür reklamların qarşısı alınmalıdır. Milli Məclisdə deyilənlər həyata keçirilməlidir, ciddi təpki göstərilməlidir”.

Deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov da çıxışında televiziyalardakı yüksək səsli reklamların verilməsinə etiraz edib.

Son xəbərlər

Orphus sistemi