Milli Məclisdə boşanmaların sayının artması müzakirə edilib

Milli Məclisdə boşanmaların sayının artması müzakirə edilib Bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi payız sessiyasında onlayn formatda ilk iclası keçirilib.
Milli Məclis
10 Sentyabr , 2020 17:44
Milli Məclisdə boşanmaların sayının artması müzakirə edilib

Bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyasında onlayn formatda ilk iclası keçirilib.

“Report” xəbər verir ki, komitə sədri Hicran Hüseynovanın rəhbərlik etdiyi toplantının gündəliyinə 5 məsələ daxil edilib.

O, komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı təqdim edib.

Daha sonra 2020-ci ilin payız sessiyası üçün 10 bənddən ibarət iş planı müzakirəyə çıxarılıb və təsdiqlənib.

Komitə iclasında həmçinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı layihə birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən H.Hüseynova bildirib ki, qanunun təhsil üzrə təminatlara dair 5-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də onların ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva "Report"a açıqlamasında deyib ki, çox maraqlı komitə iclası keçib: "İclasda deputatlar tərəfindən bir sıra mühüm əhəmiyyət kəsb edən məsələlərə toxunulub. Belə ki, müzakirələr zamanı Ailə Məcəlləsinə “ailə” anlayışının daxil edilməsi, alimetlərin verilməsi, uşaqlara qarşı zorakılıqlarla bağlı məsələlər gündəmə gətirilib. Daha sonra isə boşanmaların sayının artmasına toxunulub və bu məsələlər ətrafında dinləmələrin keçirilməsi təklif olunub".

Komitədə müzakirə olunan bütün məsələlər Mili Məclisin plenar iclasına tövsiyə edilib. 

Son xəbərlər

Orphus sistemi