“Ali təhsil haqqında” yeni qanun layihəsi təkmilləşdiriləcək

“Ali təhsil haqqında” yeni qanun layihəsi təkmilləşdiriləcək Milli Məclisdə “Ali təhsil haqqında” Qanunla işçi qrup tərəfindən hazırlanmış layihə müzakirə olunur.
Milli Məclis
2 Noyabr , 2021 15:10
 “Ali təhsil haqqında” yeni qanun layihəsi təkmilləşdiriləcək
0 : 00
0 : 00

Bu gün Milli Məclisin Elm və təhsil komitəsi yanında İşçi Qrup tərəfindən hazırlanan "Ali təhsil haqqında" yeni qanun layihəsinin müzakirəsi keçirilib.

"Report"un xəbərinə görə, layihə barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, təhsil nazirinin müavini İdris İsayev, deputatlar və digər şəxslər çıxış ediblər.

Daha sonra İşçi Qrup tərəfindən qanun layihəsinin daha da təkmilləşdirilməsi, bəzi məsələlərin dəqiqləşdirilməsi və daha sonra ictimai müzakirəyə çıxarılması barədə qərar qəbul olunub.

11:36

Milli Məclisdə İşçi Qrup tərəfindən hazırlanan “Ali təhsil haqqında” yeni qanun layihəsi müzakirə olunur.

"Report" xəbər verir ki, layihə Elm və təhsil komitəsinin iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdə komitə üzvlərindən başqa, təhsil nazirinin müavini İdris İsayev, təhsil nazirinin müşaviri Elnur Nəsibov, Təhsil Nazirliyi Aparatının rəhbəri Həsən Həsənli, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin rektoru Ədalət Muradov, Bakı Slavyan Universitetinin rektor əvəzi Anar Nağıyev və digər qurumların nümayəndələri iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi