Milli Məclis sədrinin I müavini deputatlara növbəti dəfə irad bildirib - YENİLƏNİB

Milli Məclis sədrinin I müavini deputatlara növbəti dəfə irad bildirib - YENİLƏNİB Bakı. 12 oktyabr. REPORT.AZ/ Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin bu gün keçirilən plenar iclasında qanuna dəyişikliklərin səsverməsi zamanı deputatlara 3 dəfə irad bildirib.
Milli Məclis
12 Oktyabr , 2018 17:21
Milli Məclis sədrinin I müavini deputatlara növbəti dəfə irad bildirib - YENİLƏNİB
0 : 00
0 : 00

Bakı. 12 oktyabr. REPORT.AZ/ Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin bu gün keçirilən plenar iclasında qanuna dəyişikliklərin səsverməsi zamanı deputatlara 3 dəfə irad bildirib.

“Report”un xəbərinə görə, o deyib ki, yetərsay olmadığına görə səsvermə baş tutmur.

Z.Əsgərov deputatları səsvermə zamanı fəal olmağa çağırıb: “Niyə səs vermirsiniz? Səsvermə zamanı diqqətli olun”.


*** saat 16:12

Bakı. 12 oktyabr. REPORT.AZ/ Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin bu gün keçirilən plenar iclasında deputatlara xəbərdarlıq edib.

“Report” xəbər verir ki, Z.Əsgərov qanuna dəyişiklik layihələrinə səsvermə zamanı iclasda kənar səslərin olduğunu deyib: “Zalda səs var, xahiş edirəm, sakit olun”.

Qeyd edək ki, MM-in bugünkü plenar iclasına Ziyafət Əsgərov sədrlik edir.

Son xəbərlər

Orphus sistemi