Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edib

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edib Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi qəbul olunub.
Milli Məclis
30 Oktyabr , 2018 13:18
Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edib
Report
0 : 00
0 : 00

Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi qəbul olunub.

“Report”un xəbərinə görə, məcəlləyə yeni - 600-1 (şəxsi işlərin aparılması qaydalarının pozulması) maddəsi əlavə edilib.

Maddəyə əsasən, “Dövlət qulluğu haqqında” qanuna uyğun olaraq müəyyən edilən şəxsi işin aparılması qaydalarının tələblərinin kadr qurumlarının vəzifəli şəxsləri tərəfindən pozulmasına görə 400 manatdan 600 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi