Əmanətlərin sığortalanması üzrə kompensasiyanın artırılması ilə bağlı layihə I oxunuşdan keçdi

Əmanətlərin sığortalanması üzrə kompensasiyanın artırılması ilə bağlı layihə I oxunuşdan keçdi Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Milli Məclis
11 Dekabr , 2020 11:27
Əmanətlərin sığortalanması üzrə kompensasiyanın artırılması ilə bağlı layihə I oxunuşdan keçdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

"Report" xəbər verir ki, qanuna dəyişikliklə fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılması təklif olunur.

Bu müddəa 2021-ci ilin 5 aprel tarixindən qüvvəyə minəcək.

Həmçinin fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitlərinin sığortalanması (kompensasiya məbləği 20 min manat müəyyən edilməklə) təklif olunur.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra I oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi