Milli Məclis daha üç qanunda dəyişiklikləri I oxunuşda qəbul edib

Milli Məclis daha üç qanunda dəyişiklikləri I oxunuşda qəbul edib Milli Məclisin bu gün keçirilən plenar iclasında “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihələri qəbul edilib.
Milli Məclis
27 Noyabr , 2024 13:30
Milli Məclis daha üç qanunda dəyişiklikləri I oxunuşda qəbul edib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihələri qəbul edilib.

"Report" xəbər verir ki, sənədi parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.

Müzakirələrdən sonra sənədlər səsə qoyularaq təsdiq olunub.

“Sosial sığorta haqqında” qanuna təklif olunan dəyişikliklə həyatın yığım sığortası sahəsində vergi və sosial sığorta güzəştlərinin dövlət sektoruna münasibətdə tətbiqinin 2025-ci il yanvarın 1-də ləğvi nəzərdə tutulur. Bunun hesabına dövlət büdcəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi