Milli Əlaqələndirmə Şurasında yaradılan işçi qrupda Milli Məclisdən də nümayəndənin olması təklif edilib

Milli Əlaqələndirmə Şurasında yaradılan işçi qrupda Milli Məclisdən də nümayəndənin olması təklif edilib Bakı. 25 dekabr. REPORT.AZ/ Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, Baş nazirin müavini Əli Əhmədov Milli Əlaqələndirmə Şurasının yaratdığı işçi qruplarda Milli Məclisdən də nümayəndənin olmasını təklif edib.
Milli Məclis
25 Dekabr , 2017 12:56
Milli Əlaqələndirmə Şurasında yaradılan işçi qrupda Milli Məclisdən də nümayəndənin olması təklif edilib
Baş nazirin müavini Əli Əhmədov / Reprot/ Firi Salim

Bakı. 25 dekabr. REPORT.AZ/ Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, Baş nazirin müavini Əli Əhmədov Milli Əlaqələndirmə Şurasının yaratdığı işçi qruplarda Milli Məclisdən də nümayəndənin olmasını təklif edib.

“Report”un xəbərinə görə, Ə.Əhmədov deyib ki, Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası ilə Milli Məclisin əməkdaşlığını təmin etmək üçün yaradılan işçi qruplarında Parlamentdən də nümayəndənin iştirakı təmin edilə bilər: “Bu, Dayanıqlı İnkişaf üzrə həyata keçirdiyimiz işləri birlikdə aparılmasına müsbət təsir edər. Parlamentin özü də bir qrup yarada bilər. Bundan başqa, Milli Məclis bu işlərə töhfəsini müxtəlif formalarda verə bilər. Məsələn, bəyanat və ya müraciət qəbul edib, prosesə müsbət çalar qatar”.

Son xəbərlər

Orphus sistemi