Komitə sədri: "Ehtiyatda olan hərbçilərin ixtisaslaşmış reabilitasiya mərkəzləri yaradılmalıdır"

Komitə sədri: "Ehtiyatda olan hərbçilərin ixtisaslaşmış reabilitasiya mərkəzləri yaradılmalıdır" Ordudan təxris olunan hərbçilərin, döyüşçülərin, qazilərin ixtisaslaşmış reabilitasiya mərkəzlərinin yaradılmasına ehtiyac var.
Milli Məclis
13 Noyabr , 2023 15:17
Komitə sədri: Ehtiyatda olan hərbçilərin ixtisaslaşmış reabilitasiya mərkəzləri yaradılmalıdır
Musa Quliyev

Ordudan təxris olunan hərbçilərin, döyüşçülərin, qazilərin ixtisaslaşmış reabilitasiya mərkəzlərinin yaradılmasına ehtiyac var.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin noyabrın 13-də keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

O bildirib ki, bu tip mərkəzlərin yaradılması həmin şəxslərin həm psixoloji, həm də tibbi bərpası üçün addım atmış olunardı: “Odur ki, hökumətdən bu məsələni diqqət mərkəzində saxlanılmasını xahiş edirəm. Bundan başqa, idman sağlamlıq mərkəzlərində gənclərin bu infrastrukdan istifadəsi üçün müəyyən güzəştlər də edilməlidir”.

M.Quliyev söyləyib ki, aparılan doğru sosial-iqtisadi siyasət nəticəsində gələn il üçün ÜDM 2,4 %, qeyri-neft sektorunda 4,6 % artım gözlənilir: “Gələn ilin proqnozuna görə ölkədə 5,3 % inflasiya olacağı gözlənilir. Eyni zamanda ərzaq inflasiyasının bir rəqəmli həddə düşməlidir ki, sosial təbəqəyə aid insanların maddi durumu yaxşılaşsın”.

Son xəbərlər

Orphus sistemi