Kino sahəsində dövlət sifarişi ilə bağlı mexanizm təkmilləşdiriləcək

Kino sahəsində dövlət sifarişi ilə bağlı mexanizm təkmilləşdiriləcək Hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq
Milli Məclis
5 Aprel , 2021 12:17
Kino sahəsində dövlət sifarişi ilə bağlı mexanizm təkmilləşdiriləcək

Hesablama Palatası Milli Məclisin Mədəniyyət komitəsinə kino sahəsində dövlət sifarişi ilə bağlı mexanizmin təkmilləşdirilməsi ilə əlaqədar təkliflər irəli sürüb.

“Report” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatında bildirilir.

Sənəddə qeyd edilib ki, Hesablama Palatası aparılmış nəzarət tədbirlərinin nəticələrinə əsaslanmaqla kino sahəsində qanunvericilik aktlarında dövlət sifarişi ilə çəkiləcək filmlərin seçilməsi və maliyyələşdirmə qaydalarının meyarlarının müəyyən edilməsini, bütün növ filmlərin (bədii, sənədli, cizgi) ssenariləri üzrə standartların (səhifənin sayı, mətnin formatı və s.) müəyyən edilməsini, filmlərin smeta xərclərinin tərtibini, xərclərin siyahısının təsdiqi və ona nəzarət mexanizminin yaradılmasını, filmlərin keyfiyyətinin artırılması və stimullaşdırılması məqsədilə filmlərin dövlət büdcəsindən tam maliyyələşdirmə sistemindən qismən imtina edib, birgə və ya qismən maliyyələşdirmə formasına keçirilməsini nəzərdə tutan əlavələrin olunmasını təklif edib.

Qeyd edək ki, hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi