Karantinə görə Milli Məclisin iclaslarının vaxtı qısaldıldı

Karantinə görə Milli Məclisin iclaslarının vaxtı qısaldıldı Milli Məclisin plenar iclaslarının karantin dövründə 2 saat keçirilməsi təklif edilib.
Milli Məclis
17 Aprel , 2020 11:50
Karantinə görə Milli Məclisin iclaslarının vaxtı qısaldıldı
0 : 00
0 : 00

Milli Məclisin plenar iclaslarının karantin dövründə 2 saat keçirilməsi təklif edilib.

“Report” xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib.

O bildirib ki, karantin dövründə parlamentin iclaslarında çıxışlar 5 dəqiqə müddətində olmaqla, iclaslar 2 saat müddətində keçirilsin: “Əgər iclasda məsələlərin müzakirəsi 2 saatdan çox olarsa, fasilə edilsin və iclas zalı ventilyasiya olunsun”.

Daha sonra təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi