“İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik edilir

“İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik edilir Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycanın “İnformasiya əldə etmək haqqında” qanununa dəyişiklik olunur.
Milli Məclis
12 İyun , 2018 12:11
“İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik edilir
Report
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycanın “İnformasiya əldə etmək haqqında” qanununa dəyişiklik olunur.

“Report”un xəbərinə görə, qanunun 30-cu (İnformasiyanın açıqlanması üsulları) maddəsinə edilən əlavəyə əsasən, büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin büdcədənkənar dövlət fondlarının səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqında məlumatların, o cümlədən dövlət büdcəsindən verilmiş vəsait və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan infiormasiyanın internet informasiya ehtiyatlarında açıqlanması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan təsdiq edir.

Dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iyunun 13-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi