Hadı Rəcəbli: "İşəgötürənin vergi yükünü azaltmalıyıq"

Milli Məclis
  • 21 iyun, 2018
  • 07:54
Hadı Rəcəbli: İşəgötürənin vergi yükünü azaltmalıyıq
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli
Report/ Orkhan Azim

Bakı. 21 iyun. REPORT.AZ/ "Sosial sığortaya cəlb olunmayan insanlar gələcəkdə əziyyət çəkəcəklər".

"Report"un xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitənin iclasında komitə sədri Hadı Rəcəbli deyib. 

O vurğulayıb ki, bu istiqamətdə maarifləndirmə işini gücləndirmək lazımdır: “Əmək və əhalinin sosial müdafiəsi naziri burada qeyd etdi ki, Azərbaycanda 1,2 milyon qeyri-formal məşğul insan var. Bu o deməkdir 1,2 milyon insan sığortaya cəlb olunmur və gələcəkdə sığorta ilə pensiya ala bilməyəcək. Nəyə görə sahibkarlar gizlədirlər? Ona görə ki, sahibkarların vergi yükü çoxdur. 22 faiz işəgötürən ödəyir, 3 faiz işçi ödəyir. İşəgötürənin yükünü azaltmalıyıq. Biz burada bir balanslaşma aparmalıyıq ki, sahibkar işçiləri sığortaya cəlb etsin. Əks tədqirdə sığortalanmayan insanlar gələcəkdə əziyyət çəkəcəklər”.

Son xəbərlər

Bütün Xəbər Lenti