MSK Fərəc Quliyevlə bağlı qərarını açıqladı - YENİLƏNİB

MSK Fərəc Quliyevlə bağlı qərarını açıqladı - YENİLƏNİB Məsələ barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.
Milli Məclis
5 Fevral , 2020 17:23
MSK Fərəc Quliyevlə bağlı qərarını açıqladı - YENİLƏNİB

Məsələ barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.

"Report"un xəbərinə görə, o bildirib ki, şikayət qanunvericiliyə uyğun olaraq MSK nəzdində fəaliyyət göstərən Ekspert Qrupu tərəfindən baxılıb və araşdırılıb.

MSK üzvünün sözlərinə görə, M.Hüseynov şikayətində qeyd edib ki, F.Quliyev ona 15 min manat pul təklif edib: “Mehman Hüseynov müraciətində qeyd edib ki, F.Quliyevin namizədliyi ləğv edilsin”.

Araşdırma prosesində tərəflərlə əlaqə saxlanılıb və iclasda iştiraka dəvət olunub.

F.Quliyevin izahatı alınıb. O, izahatında qeyd edib ki, M.Hüseynovla aralarında görüş 45 dəqiqə çəkib: "Fərəc Quliyev bildirib ki, Mehman Hüseynova pul təklif etməyib və səs yazısı montaj edilib".

M.Hüseynov isə MSK-nın iclası zamanı çıxışında deyib ki, Fərəc Quliyev ona bələdiyyə seçkilərində qalib gəldiyini deyib:

“Bununla bağlı tam səs yazısı da var və paylaşacağıq. Bundan əlavə, Fərəc Quliyev müxalifət partiyalarının sədrlərini də təhqir edib. Hətta Milli Məclisdə 80-ə yaxın deputatın faydasız olduğunu bildirib”.

Qeydə alınmış namizəd Quliyev Fərəc İbrahim oğluna xəbərdarlıq edilməsi məsələsi müzakirəyə çıxarılıb və ona xəbərdarlıq edilməsi barədə qərar qəbul olunub.


*** 16:41

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası davam edir.

“Report” xəbər verir ki, iclasda 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynovun həmin dairənin digər namizədi Fərəc Quliyevlə bağlı şikayətinə baxılır.

İclasda M.Hüseynovun özü də iştirak edir.

Xatırladaq ki, 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynov sosial şəbəkələrdə eyni dairədən digər namizəd Fərəc Quliyevlə olan söhbətinin səs yazısını yayıb. Səs yazısında Mehman Hüseynova pul təklif olunur.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Fərəc Quliyev mətbuat vasitəsilə seçkilərdə rəqibi olan Mehman Hüseynovun aralarında olan söhbətlə bağlı yayımladığı səs yazısına münasibət bildirib. O, səs yazısının ona aid olduğunu, lakin montaj edildiyini deyib:

“Mehman Hüseynovdan vəkilim olması və fəal şəkildə təbliğatımı aparmasını istədiyimdə şiş xəstəliyindən əziyyət çəkdiyini və biopsiya materialını (şişdən götürülən materialı) laboratoriyaya analizə verdiyini bildirdi. Əgər nəticələr pis olarsa (Allah şəfasın versin və günahlarından keçsin), ümumiyyətlə, seçkidən çəkiləcəyini bildirdi. Mən ona konsentrasiyanı pozma, nəticə nə olur olsun (labaratoriya nəticələri) 10-15 min manatlıq bir müalicədir. Dəstək olacağıq, dostlarını səfərbər edərik deyərək təsəlli verdim”.

Son xəbərlər

Orphus sistemi