Bakı. 17 yanvar. REPORT.AZ/ “Kitab məsələsi çox vacibdir. Orta məktəblərdən başlayaraq kitabların oxunması məcburiləşdirilməlidir. Belə olan halda effektini görə bilərik”.
“Report” xəbər verir ki, bunu
O, kitabların qiymətinin baha olmasını da diqqətə çatdırıb: “Kitabların qiyməti çox bahadır. Bu kitablar əsasən xaricdən Azərbaycana gətirilənlərdir. İl ərzində ölkəyə 200 minə yaxın kitab gətirilir. Burada 18 faiz əlavə dəyər vergisi, 7-8 faiz gömrük və digər xərclər kitabı 60-70 faiz bahalaşdırır. Hesab edirəm ki, xaricdən gətirilən kitablar əlavə dəyər vergisindən azad edilməlidir. Kitabın dəyəri çox böyükdür. Çap məhsulları, əsasən elmi jurnallar da vergidən azad olunmalıdır”.