DİN-in şöbə rəisi: "Uşaqların internetdən istifadəsi ilə bağlı tədbirlər görülməlidir"

DİN-in şöbə rəisi: "Uşaqların internetdən istifadəsi ilə bağlı tədbirlər görülməlidir" "Uşaq televiziyasının yaradılması ilə bağlı yaxın vaxtlarda addımlar atılacaq"
Milli Məclis
23 May , 2018 12:31
DİN-in şöbə rəisi: Uşaqların internetdən istifadəsi ilə bağlı tədbirlər görülməlidir
0 : 00
0 : 00

Bakı. 23 may. REPORT.AZ/ “Azərbaycan mətbuatında yetkinlik yaşına çatmayan uşaqların zorakılığa məruz qalması ilə bağlı məlumatlar şişirdilir. Azərbaycanda son 5 ildə bu istiqamətdə artım müşahidə edilməyib. Törədilən hər bir faktla bağlı araşdırma aparılır, hüquqi qiymət verilir”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisdə “Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda keçirilən dinləmədə Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov deyib.

O qeyd edib ki, internetdən istifadə ilə bağlı tədbirlər görülməlidir: “Xaricdən internet vasitəsilə ötürülən cizgi filmləri və s. materiallar uşaqlarda aqressivlik yaradır. Bununla bağlı təkliflərimizi təqdim etmişik. Uşaqların internetdən istifadəsi, uşaq televiziyasının yaradılması ilə bağlı yaxın vaxtlarda addımlar atılacaq”.

Son xəbərlər

Orphus sistemi