Deputatlar Türkiyədə səfərdə olacaqlar

Deputatlar Türkiyədə səfərdə olacaqlar Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, və deputat Ramil Həsən aprelin 17-də Türkiyənin paytaxtı Ankara şəhərinə səfər edəcəklər.
Milli Məclis
14 Aprel , 2023 15:59
Deputatlar Türkiyədə səfərdə olacaqlar

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, və deputat Ramil Həsən aprelin 17-də Türkiyənin paytaxtı Ankara şəhərinə səfər edəcəklər.

Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Deputatlarımız burada Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə keçiriləcək bir sıra tədbirlərdə iştirak edəcəklər.

Fond tərəfindən keçiriləcək tədbirlər çərçivəsində Ulu Öndərə həsr olunmuş sərgi və konfrans təşkil olunacaq. Tədbirlərdə görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyatı və ictimai-siyasi fəaliyyəti barədə məlumat veriləcək, onun Azərbaycan dövlətçilik tarixindəki rolu və türk dünyası qarşısındakı müstəsna xidmətlərindən bəhs ediləcək.

Hicran Hüseynovanın Ankara şəhərində Şuşa Konqres Mərkəzində keçiriləcək “Türk dünyasının önəmli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə xatirəsi anılır” adlı konfransda çıxışı da nəzərdə tutulub.

Səfər aprelin 21-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi