Deputatın və keçmiş icra başçısının oğlu işdən çıxarıldı

Deputatın və keçmiş icra başçısının oğlu işdən çıxarıldı Milli Məclisdə kadr islahatları davam etdirilir.
Milli Məclis
18 Aprel , 2020 14:47
Deputatın və keçmiş icra başçısının oğlu işdən çıxarıldı

Milli Məclisdə kadr islahatları davam etdirilir.

"Report"un xəbərinə görə, parlamentin İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri Elmir Vəliyev vəzifəsindən azad edilib.

Qeyd edək ki, Elmir Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin oğludur.

Bundan əlavə, deputat İlham Məmmədovun oğlu Tural Məmmədov da Milli Məclisin Aparatındakı işindən kənarlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi