Bakı. 2 noyabr. REPORT.AZ/ “Azərbaycan hələ müstəqil olmadığı dövrdən uşaqlarımı məcbur edirdim ki, Azərbaycanın dövlət himnini oxusunlar. Amma digər himnlər 2-2.5 dəqiqə olduğu halda Azərbaycanın dövlət himni 4 dəqiqədir. Özü də minor janrında. Bu, mərsiyə deyil axı”.
“Report”un xəbərinə görə, bunu
Deputat bildirib ki, hər kəs himni sevməlidir: “Dəfələrlə deyilib ki, həcmi azaltmaq lazımdır. Bunu əzəmətli bir himnə çevirmək lazımdır. Üzeyir Hacıbəyov Azərbaycan Sovet Respublikasının himinini hazırlayıb. O, indikindən daha nikbin idi. Bunlar nəzərə alınmalıdır. Xahiş edirəm, himnin həcmi azaldılsın, yoruculuqdan xilas olsun, bədbin notlar götürülsün”.