Yuxarı

Deputat vergi islahatı lə bağlı təkliflər irəli sürüb

Deputat vergi islahatı lə bağlı təkliflər irəli sürüb
Deputat Fazil Mustafa

“Azərbaycanda məhkəmə islahatı ciddi şəkildə aparılmalıdır. Bu sahə ilə bağlı iki ay ərzində təkliflər verilməsi tapşırılsa da, 7 ay keçməsinə baxmayaraq hələ də təkliflərdən xəbər yoxdur. Bu o deməkdir ki, islahatların ləngilidilməsi istiqamətində də müəyyən mesajlar verilir”.

“Report” xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

F.Mustafa eyni zamanda, sahibkarlar üçün nəzərdə tutulan faizlərin aşağı salınmasındakı problemlərə də toxunub. O qeyd edib ki, bəzi sahibkarların əlində torpaq var və müəyyən çətinliklər içərisində buna görə icarə haqqı ödəyirlər, amma orada istehsal müəssisəsi yaratmaq üçün aşağı faizli kredit almaq istəsə də verilmir: “Sonradan onun hüququnu qoruyacaq məhkəmə sisteminə ehtiyac var, lakin bunu da əldə edə bilmir. Belə olan halda iqtisadiyyat necə inkişaf edəcək? Vergi siyasəti də bununla bağlıdır ki, vətəndaş qazanmalıdır ki, dövlətə vergi ödəsin”.

O əlavə edib ki, bu gün Azərbaycan cəmiyyətinin nə siyasi, nə də başqa sahəvi problemləri var: “İnsanların əsas iqtisadi sahəli problemi var. İnsanların əksəriyyəti adi qaydada çalışaraq pul qazanmaq imkanından məhrum olurlar. Ona görə də dövlətə vergi də ödəmirlər, siyasiləşməyə üz tuturlar. Çünki öz sahəsində məşğulluq əldə etmirlər. Hesab edirəm ki, vergi siyasətində bu istiqamət əsas götürülməlidir. Bir misal çəkim ki, bu gün ölkədə fəaliyyət göstərən taksi sürücüləri hansısa sahənin mütəxəssisləridir. Amma iş tapa bilmədiyinə görə, bu işlə məşğul olmağa məcbur olurlar”.

Milli Məclisin sədri Oqtay Əsədov deputatın məhkəmə islahatı ilə bağlı təkliflərin gecikməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. Onun sözlərinə görə, “Məhkəmə hüquq sistemində islahatlar haqqında” qanun layihəsi Milli Məclisə daxil olub: “Layihə komitələrdə baxılır. Büdcədə müzakirələrindən sonra plenar iclasda müzakirəyə çıxarılıacaq”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi