Deputat: “Stomatoloji xidmət beynəlxalq standartlata uyğun gəlmir”

Deputat: “Stomatoloji xidmət beynəlxalq standartlata uyğun gəlmir” Bakı. 18 yanvar. REPORT.AZ/ “Ümumdünya Səhiyyə Təşkilatının Hesabatında İİV və Hepatit C virusunun yayılmasının əsas səbəblərindən biri stomatoloji xidmətlə bağlıdır. Bu gün Azərbaycanda istənilən şəxs həkimdirsə və yaxud biznesmendirsə, lisenziya alaraq özünə stomatoloji mərkəz açır, həkimləri, mütəxəssisləri ora cəlb edir. Hazırda stomatoloji xidmət beynəlxalq standartlata uyğun gəlmir”.
Milli Məclis
18 Yanvar , 2019 15:52
Deputat: “Stomatoloji xidmət beynəlxalq standartlata uyğun gəlmir”

Bakı. 18 yanvar. REPORT.AZ/ “Ümumdünya Səhiyyə Təşkilatının Hesabatında İİV və Hepatit C virusunun yayılmasının əsas səbəblərindən biri stomatoloji xidmətlə bağlıdır. Bu gün Azərbaycanda istənilən şəxs həkimdirsə və yaxud biznesmendirsə, lisenziya alaraq özünə stomatoloji mərkəz açır, həkimləri, mütəxəssisləri ora cəlb edir. Hazırda stomatoloji xidmət beynəlxalq standartlata uyğun gəlmir”.

“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.

Deputat parlamentin yaz sessiyasında bununla bağlı dinləmənin keçirilməsini təklif edib: “Bununla bağlı bir neçə ölkənin qanunvericiliyindən nümunələr toplamışam. Stomatoloqlar da müraciət edir ki, bu məsələ Milli Məclisin gündəliyində olsun”.

Son xəbərlər

Orphus sistemi