Deputat Ombudsmanın 2017-ci il üzrə məruzəsinə münasibət bildirib

Deputat Ombudsmanın 2017-ci il üzrə məruzəsinə münasibət bildirib Bakı. 20 aprel. REPORT.AZ/ Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsinə münasibət bildirib.
Milli Məclis
20 Aprel , 2018 17:20
Deputat Ombudsmanın 2017-ci il üzrə məruzəsinə münasibət bildirib
Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli / Report

Bakı. 20 aprel. REPORT.AZ/ Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsinə münasibət bildirib.

“Report”un xəbərinə görə, T.Kərimli məruzənin normal hazırlandığını, bütün sahələr üzrə görülən işlər barədə məlumatların əks etdirildiyini qeyd edib.

O vurğulayıb ki, məruzədə qeyd olunan mənzilə ehtiyacı olan vətəndaşların mənzilə olan tələbatının ödənilməsi, ipoteka kreditlərinin şərtlərinin yüngülləşdirilməsi, işləyən pensiyaçıların məcburi dövlət sığorta haqqı ödəməkdən azad edilməsi, özəl tibb müəssisələrinə nəzarətin gücləndirilməsi, aztəminatlı ailələrin üzvlərinin təhsil haqqında güzəştlərin edilməsi, uşaq televiziyasının yaradılması və s. təkliflər müsbət qiymətləndirilməlidir: “Milli Məclisin plenar iclaslarının birində şəhid ailələrinə kompensasiyaların ödənilməsi ilə bağlı çıxış etmişdim. Bildirmişdim ki, şəhid ailələrinin mənzil təminatı haqqında prezidentin fərmanı icra edilməlidir. Prezident İlham Əliyev fərmanla kompensasiya məsələsini həll etdi. Mənzil məsələsinin də həll edilməsi üçün Ombudsman köməklik göstərməlidir. Eyni zamanda problemli kreditlərlə bağlı da təkliflər irəli sürülməlidir. Düşünürəm ki, qanunverici təşəbbüslə çıxış edə bilən orqanlar insan haqları ilə bağlı layihələri öncədən rəy almaq üçün Müvəkkilə təqdim etməlidirlər. Vəkillərin sayının və iş həcminə görə ödənişin artırılması üçün konkret rəqəmlər təklif olunmalıdır. Müvəkkilin Amnistiya Aktının qəbul olunmasını istəməsini yüksək qiymətləndirirəm”.

Deputat qeyd edib ki, Ombudsmanın təklifləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı kompleks yaradılması da olmalıdır. 

Son xəbərlər

Orphus sistemi