Deputat: “Milli Məclis müzakirə yeridir, yorulan gedə bilər”

Milli Məclis
  • 31 may, 2020
  • 12:11
Deputat: “Milli Məclis müzakirə yeridir, yorulan gedə bilər”
Milli Məclis

“Milli Məclis müzakirə yeridir”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, deputat həmkarları təkidlə bildirir ki, layihə müzakirəsiz səsə qoyulsun:

“Kimsə yorulubsa, durub gedə bilər. İmkan verin, işləmək istəyənlər işləsinlər”.