Bakı. 2 may.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2017-ci il üzrə illik məlumatının müzakirəsi zamanı deputat Hikmət Məmmədov deyib.
O qeyd edib ki, maarifləndirmə işinin təşkilində xüsusi mütəxəssislər iştirak etməlidir: “Həmin şəxslərin yüksək pedaqoji keyfiyyətləri olmalıdır, psixologiyanı dərindən bilməlidirlər. Əks halda, bu iş nəticə verməyəcək”.