Bakı. 18 sentyabr.
Bunu “Report”a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev bildirib.
“Sentyabrın 16-da Azərbaycan Prezidenti cənab İlham Əliyevin oğlu Heydər Əliyevin Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində Vətənə sədaqət andı içərək hərbi xidmət keçməsi mənsəbindən, peşəsindən, mövqeyindən asılı olmayaraq hər bir azərbaycanlı gəncin hər zaman Vətənə xidmətə hazır olduğunu bir daha sübut etdi. Məhz bu sübut etdi ki, cənab Prezident dəfələrlə vurğuladığı kimi Vətən qarşısında, xalq qarşısında xidmət zamanı mənsəbindən, vəzifəsindən asılı olmayaraq heç kim arasında fərq qoyulmur”, - N.Həmzəyev vurğulayıb.
O qeyd edib ki, təhsildə, ictimai həyatda nümunəviliyi ilə seçilən Heydər Əliyev növbəti dəfə də bir gənc olaraq həmyaşıdlarına nümunə oldu: “Belə gənclərin Vətəni müdafiəyə hazır olması, onlarda vətəndaşlıq mövqeyinin formalaşması Azərbaycan dövlətinin gücündən xəbər verir”.
Xatırladaq ki, sentyabrın 16-da Azərbaycan Prezidentinin oğlu Heydər Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində Vətənə sədaqət andı içib. Prezident, Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.
