Deputat: "Fazil Mustafaya qarşı xain hücumla bağlı cinayətkarların layiqli şəkildə cəzalandırılacağına şübhə yoxdur"

Deputat: "Fazil Mustafaya qarşı xain hücumla bağlı cinayətkarların layiqli şəkildə cəzalandırılacağına şübhə yoxdur" "Milli Məclisin deputatı Fazil Mustafaya qarşı xain hücumla bağlı cinayətkarların layiqli şəkildə cəzalandırılacağına şübhə yoxdur".
Milli Məclis
29 Mart , 2023 09:49
Deputat: Fazil Mustafaya qarşı xain hücumla bağlı cinayətkarların layiqli şəkildə cəzalandırılacağına şübhə yoxdur
Fazil Mustafa

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı xain hücumla bağlı cinayətkarların layiqli şəkildə cəzalandırılacağına şübhə yoxdur.

"Report" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.

O, deputata qarşı təşkil edilmiş xain silahlı hücumu şiddətlə qınayıb, qətiyyətlə pisləyib:

"Hüquq-mühafizə orqanları müvafiq tədbirlər həyata keçirir, cinayətkarların, sifarişçilərin və icraçıların müəyyən edilərək hüquqi məsuliyyətə cəlb olunacağına və layiqli şəkildə cəzalandırılacağına şübhə yoxdur. Azərbaycan müstəqil siyasət həyata keçirən güclü dövlətdir. Heç bir qüvvə qeyri-qanuni və cinayət tərkibli əməllərlə dövlətin prinsipial siyasətinə təsir göstərə bilməz. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, heç kim bizim iradəmizə təsir edə, bizi yolumuzdan döndərə bilməz!".

Qeyd edək ki, hadisə martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında qeydə alınıb.

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi