Deputat: “Dünyada konfliklərin artması kapitalın sərbəst hərəkətində çətinliklər yaradıb”

Deputat: “Dünyada konfliklərin artması kapitalın sərbəst hərəkətində çətinliklər yaradıb” Tahir Mirkişili: “Bu il dövlət büdcənin icrası proqnozlara uyğun olub”
Milli Məclis
20 Dekabr , 2017 10:47
Deputat: “Dünyada konfliklərin artması kapitalın sərbəst hərəkətində çətinliklər yaradıb”
Report

Bakı. 20 dekabr. REPORT.AZ/ “2017-ci il dünya iqtisadiyyatında bir tərəfdən müsbət dinamikanın (Avropa Birliyi, ABŞ iqtisadiyyatında ÜDM-in artması), digər tərəfdən isə müxtəlif ölkələr arasında qarşıdurmaların (Rusiyaya yeni sanksiyaların tətbiqi, Qatar böhranı, Suriya münaqişəsinin davam etməsi, Şimali Koreya böhranı) artmasının müşahidə olunduğu bir il kimi yadda qaldı. Konfliklərin artması iqtisadi münasibətlərə təztiqləri daha da artırmış və kapitalın sərbəst hərəkətində çətinliklər yaradıb. 2017-ci il ərzində neftin qiyməti orta hesabla 25% artıb. Bununla yanaşı bu il ərzində də dünya sürətlə informasiya və texnologiyalar dövrünə daxil olmaqda davam edib".

“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputat Tahir Mirkişili deyib.

O bildirib ki, bu il Azərbaycan üçün iqtisadi cəhətdən əlamətdar hadisələr ili kimi yadda qalacaq: “Bu ilin ilk 9 ayının göstəricilərinə uyğun olaraq son iki ildə ilk dəfə olaraq tədiyyə balansının cari əməliyyatlar hesabında 1.1 milyard dollar profisit yaranıb. 2015-ci ildə defisit 222.5 milyon dollar, 2016-ci ildə isə 1.363 milyard dollar təşkil edib. 2017-ci ilin 9 ayı ərzində qeyri-neft sektoru üzrə cari əməliyyatlar balansında defisit 200 mln dollar və ya 5% azalıb. 2017-ci ildə ölkədə makro iqtisadi sabitlik təmin olunub, manatın məzənnəsi sabit olmuş və manat məzənnəsinə olan iqtisadi təhlükələr aradan qaldırılıb. 2017-ci ilin 11 ayı ərzində xarici ticarət dövriyyəsi 26.5% artıb. İxracın həcmində isə 50% artım müşahidə olunub. Xarici ticarət dövriyyəsində ixracın payı 61%-ə çatmış, ixrac idxalı 4.7 milyard dollar üstələyib. Keçən dövr ərzində ölkədə qeyri-neft sektoru 2.4%, qeyri-neft sənayesi 3.5%, kənd təsərrüfatı məhsulları istehsalı isə 4% artıb”.

T.Mirkişili qeyd edib ki, 2017-ci il ərzində artırılan dövlət büdcəsinin gəlir və xərcləri müvafiq olaraq 16.766 milyard və 17.941 milyard manat olub, büdcənin icrası proqnozlara uyğun olub. Sənayeləşmə proqramı çərçivəsində Nefçala Sənaye Məhəlləsi yaradılıb və yeni sənaye məhəllələrini yaradılması istiqamətində işlərə start verilib. Sumqayıt Kimya Sənaye Parkında qeydiyyatdan keçmiş rezidentlərin sayı 15-ə, cəlb edilcək investisiyaların həcmi 2.7 milyard dollara, parkda çalışan insanların sayı isə 8 000-ə çatıb. Sənaye parkında ölkədə ilk dəfə olaraq Blokçeyn texnologiyaları əsasında müasir Data Mərkəz tikilib. Turizmin inkişafı yönümündə atılan innovativ addımlar 2017-ci ildə öz nəticəsini vermişdir. Azərbaycana gələn turistlərin sayı 25% artaraq, 2.5 milyon nəfərə çatıb. 2017-ci ilin son 9 ayı ərzində ölkədə 226 mindən çox yeni iş yerləri yaradılıb. Bununla bərabər özünüməşğulluq proqramə çərçivəsində ölkənin müxtəlif bölgələrində 2000-ə yaxın ailə təsərrüfatı yaradılıb. 2016-cı ildə 22% azalan İnşaat Sektorunun canlandırılması üçün 2017-ci ildə mühüm işlər görülüb. Köhnə mənzillərin sökülərək onların yerində yeni binaların tikilməsi yönümündə sahibkarlar verilən dövlət dəstəyi nəticəsində Bakıda hazırda 100-ə yaxın yeni bina tikilməkdədir. Bu layihələr həm inşaat sektorunu canlandırmış, həm də yeni iş yerlərinin açılmasını təmin edib. Sosial sahədə də mühüm layihələr kimi 2017-ci ildə Azərbaycanın 1-ci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə qaçqın və məcburi köçkünlərin mənzil şəraitini yaxşılaşdırmaq üçün 1026 mənzildən ibarət 11 yaşayış bınasının inşasına başlanılıb. 2017-ci ildə Cocuq Mərcanlı kəndində infrastruktur tamamilə bərpa edilmiş, 50 yaşayış evi, məktəb istifadəyə verilib. İlk dəfə olaraq 2017-ci ildə Tailandda keçirilən 49-cu Beynəlxalq Kimya Olimpiadasında məktəblilərimiz bir qızıl, bir gümüş, bir bürünc medal qazanıblar. 2017-ci ildə Azərbaycanın şahmat üzrə kişilərdən ibarət milli komandası Avropa çempionu olub. 2017-ci il dövlət başçısı tərəfindən iqtisadi islahatlar ili elan edilmişdir. İslahatlar həm idarəetmə sahələrin əhatə etmiş və bu ildə effektiv idraetmə mexanizmlərini daha da təkmilləşdirilməsi yönümündə mühüm qərarlar verilib. Kiçik və Orta sahibkarların maliyyə əlçatanlığının təmin olunması üçün Kredit Zəmanəti Fondu yaradılıb. Dövlət mülkiyyətində olan müəssisələrin daha effektiv idarə olunması məqsədilə Azərbaycan Sənaye Korporasiyası yaradılıb. Ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərin səmərəliliyinin artırılması və kənd təsərrüfatı məhsullarının istehsalı və ixracında yeniliklərinin tətbiqi üçün Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. 2018-ci ilin yanvar ayından fəaliyyətə başlayacaq İşsizlikdə Sığorta Fondu yaradılıb. Fondun əsas fəaliyyəti qanunda müəyyən olunmuş səbəbdən işini itirmiş vətəndaşlara müəyyən müddət ərzində sığorta-maaşın verilməsi və paralel olaraq özünüməşğulluq çərçivəsində yeni ailə təsərrüfatlarının yaradılması olacaq. Nazirlər Kabineti strukturunda edilən dəyişiklər isə mərkəzi icra orqanlarının fəaliyyətlərində koordinasiyanın daha effektiv həyata keçirilməsinə imkan yaradacaq. 2017-ci ildə Azəri-Çıraq-Günəşli yataqları üzrə yeni sazişin imzalanması mühüm hadisə kimi tarixə keçdi. “Əsrin Müqaviləsi”nin 2050-ci ilə kimi uzadılması, Azərbaycanın payının yeni müqavilədə 11%-dən 25%-ə kimi artırılması, mənfəət neftində Azərbaycanın payının 75% olması, Azərbaycan şirkətinin də müqaviləyə cəlb olunması, müqavilə çərçivəsində 40 mlrd dollara yaxın xarici investisiyanın cəlb olunması mühüm hadisə oldu. 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin işə düşməsi nəinki Azərbaycan, bütövlükdə regionun iqtisadi tarixində mühüm yer tutdu. Layihə çərçivəsində yüklərin və sərnişinlərin daşınması ölkələrə transiztdən xeyli gəlir götürməyə imkan verəcək. Eyni zamanda, Azərbaycan ixrcatçılarına öz məhsullarının şərq və qərb bazarlarına birbaşa və ucuz nəql etməyə imkan yaradıb. 2017-ci ildə Cənun Qaz Dəhlizi layihəsi üzrə işlər sürətlə davam edib. Layihəyə 2.4 mlrd dollar investisiya cəlb edilmiş, Azərbaycan ərazisi üzrə və Türkiyə ərazisi üzrə (TANAP) işlərin xeyli hissəsi artıq başa çatıb. Şimal-Cənub dəmir yolu layihəsinin Azərbaycan ərazisində bütün işləri yekunlaşıb. 2017-ci ildə Dünya İqtisadi Forumunun dərc etdiyi Rəqabətqabiliyyətlilik indeksində Azərbaycan daha 2 pillə irəliləyərək 35-ci yerdə qərarlaşmışdır. 2016-cı ildə Azərbaycanda ÜDM 3.1% azalsa da, 2017-ci ilin ÜDM həcminin ilin sonuna 0.3% artması gözlənilir. 2017-ci ildə iqtisadiyyatın sabitləşməsi növbəti illərdə Azərbaycan iqtisadiyyatının dinamik inkişafını təmin edəcəkdir. Artıq bütün beynəlxalq təşkilatlar növbəti ildə Azərbaycanda ÜDM-in 4%-ə qədər artacağını proqnozlaşdırırlar. 2018-ci dövlət büdcəsinin həcminin 3.3 mlrd manat artırılması və ən böyük artımın iqtisadi aktivliyinin artımına yönəldilməsi bu inkişaf üçün əlavə stimul da yaratmışdır. 2018-ci ildə Azərbaycan qazının Türkiyəy nəqli planlaşdırılır. Sumqayıt Kimya Sənaye Parkında Socar Polimer və Karbamid kimi mühüm zavodların açılışı planlaşdırılır. Kənd təsərrüfatı sahəsində aparılan islahatlar 2018-ci ildə istehsal və ixracda mühüm irəliləyişlərin əldə olunmasına imkan yaratmışdır. Beləliklə, 2017-ci il dərin iqtisadi islahatlar, iri iqtisadi layihələr və makro-iqtisadi sabitləşmə ili kimi yadda qaldı. 2018-ci ildən gözləntilər isə dinamik inkişaf, yeni iqtisadi layihələr və vətəndaşların yaşayış səviyyəsinin daha da artmasıdır".

Son xəbərlər

Orphus sistemi