Deputat: "Bu seçkilərdə İlham Əliyevə alternativ yoxdur"

Deputat: "Bu seçkilərdə İlham Əliyevə alternativ yoxdur" Bakı. 12 fevral. REPORT.AZ/ “Azərbaycanda xalq-iqtidar birliyi var. Xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşib, onun siyasətini dəstəkləyir”.
Milli Məclis
12 Fevral , 2018 18:04
Deputat: Bu seçkilərdə İlham Əliyevə alternativ yoxdur

Bakı. 12 fevral. REPORT.AZ/ “Azərbaycanda xalq-iqtidar birliyi var. Xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşib, onun siyasətini dəstəkləyir”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Tahir Süleymanov deyib.

O bildirib ki, İlham Əliyevin rəhbərliyi ilə ölkənin sosial-iqtisadi göstəriciləri yüksəlib, beynəlxalq nüfuzu artıb: “Azərbaycanda bütün sahələrdə sürətli inkişaf var, işsizlik və yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. Hər il minlərlə iş yeri açılır. Bu illər ərzində ölkəmiz bir neçə beynəlxalq tədbirə ev sahibliyi edib. Ölkəmizin Avropanın enerji təminatında xüsusi çəkisi və strateji əhəmiyyəti getdikcə yüksəlir. Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir infrastruktur layihəsinin reallaşdırılması qeyri-mümkündür. Bu, ölkənin gücünün göstəricisidir. Artıq böyük dövlətlər də Azərbaycanla hesablaşır”.

Deputat qeyd edib ki, Azərbaycanda daxili sabitlik mövcuddur: “Prezident İlham Əliyevin özünün dediyi kimi, Azərbaycan sabitlik və inkişaf adasıdır. Sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. 2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi və iqtisadi islahatlar uğurla icra olunur. Ölkədə ordunun gücləndirilməsinə xüsusi diqqət yetirilir, ordu müasir silahlarla təchiz edilir. Azərbaycan ordusu istənilən an torpaqları işğaldan azad edə bilər, bunun üçün kifayət qədər imkanımız var. Əminəm ki, xalq növbədənkənar Prezident seçkilərində hakim Yeni Azərbaycan Partiyasının namizədi olan İlham Əliyevi dəstəkləyəcək, bu seçkilərdə ona alternativ yoxdur”.

Qeyd edək ki, Prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla Mərkəzi Seçki Komissiyasına (MSK) növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb. MSK növbədənkənar Prezident seçkilərini aprelin 11-nə təyin edib.

Son xəbərlər

Orphus sistemi