Deputat: “Bəzi qüvvələr çalışırlar ki, Mübariz Mənsimovun açıqlamalarından öz niyyətləri üçün istifadə etsinlər”

Deputat: “Bəzi qüvvələr çalışırlar ki, Mübariz Mənsimovun açıqlamalarından öz niyyətləri üçün istifadə etsinlər” “Bir neçə gün bundan əvvəl əslən azərbaycanlı, Türkiyə vətəndaşı Mübariz Mənsimov həbs edilib. Onun həbsindən sonra bəzi qüvvələr çalışırlar ki, Mübariz Mənsimovun açıqlamalarından öz niyyətləri üçün istifadə etsinlər”.
Milli Məclis
18 Mart , 2020 17:31
Deputat: “Bəzi qüvvələr çalışırlar ki, Mübariz Mənsimovun açıqlamalarından öz niyyətləri üçün istifadə etsinlər”
Cavid Osmanov / Report

“Bir neçə gün bundan əvvəl əslən azərbaycanlı, Türkiyə vətəndaşı Mübariz Mənsimov həbs edilib. Onun həbsindən sonra bəzi qüvvələr çalışırlar ki, Mübariz Mənsimovun açıqlamalarından öz niyyətləri üçün istifadə etsinlər”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov deyib.

Deputat bildirib ki,Türkiyə demokratik yolda sürətlə addımlayan hüquqi bir dövlətdir:

“Mübariz Mənsimov Türkiyə vətəndaşı olduğu və orada həbs edildiyi üçün onların qanunları qarşısında cavab verməli olacaq. Hazırda həmin iş üzrə istintaq aparılır. İstintaq yekunlaşdıqdan sonra isə onun hərəkətlərinə düzgün hüquqi qiymət veriləcək və buna hər kəs hörmətlə yanaşmalıdır.

Onun sözlərinə görə, bu gün bütün dünyada, o cümlədən Azərbaycanda koronavirusla mübarizə aparılır:

“Belə bir vaxtda Mübariz Mənsimovun açıqlamalarından istifadə edən bəzi qüvvələr Azərbaycanda koronavirusla mübarizə ilə bağlı elan olunmuş fövqəladə vəziyyətdə insanları aksiyaya çıxmağa çağırırlar. Belə bir zamanda müəyyən qüvvələr, radikal müxalifət çalışırlar ki, öz çirkin niyyətlərini həyata keçirsinlər. Hesab edirəm ki, insanların sağlamlığı həmin qüvvələri narahat etmir”.

C.Osmanov qeyd edib ki, son illər Mübariz Mənsimovun müəyyən iqtisadi layihələri çox uğursuzluqla yekunlaşıb:

“Nəticədə isə onun çoxlu sayda borc öhdəlikləri yaranıb. Rusiya mətbuatından da aldığımız məlumatlar onu göstərir ki, Rusiyada həm dövlət büdcəsindən yayınmalarla bağlı faktlar olub, həm nəhəng şirkətlərdən borclanıb qaytarmadığı faktları olub. Bu da onun həbs olunmasında böyük rol oynayıb. Bu da onun layihələrinin iqtisadi əsaslandırılmasının zəif olduğunu göstərir”.

Son xəbərlər

Orphus sistemi