Deputat: “Azərbaycanın səfirlikləri yenidən formalaşmalıdır”

Milli Məclis
  • 16 aprel, 2018
  • 12:10
Deputat: “Azərbaycanın səfirlikləri yenidən formalaşmalıdır”
Milli Məclisin deputatı Asim Mollazadə

Bakı. 16 aprel. REPORT.AZ/ “Təəssüflər olsun ki, informasiya müharibəsində öz hüquqlarımızı yetərincə müdafiə edə bilmirik”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Asim Mollazadə parlamentin Elm və təhsil komitəsinin iclasında deyib.

O qeyd edib ki, Azərbaycanın səfirlikləri yenidən formalaşmalıdır: “Yeni texnologiyaları daha da mükəmməl öyrənməliyik. Burada söhbət həm siyasi, həm də informasiya texnologiyalarından gedir”.

Deputat Musa Qasımlı da çıxışında diaspor işinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

O bildirib ki, ölkə xaricində siyasi mübarizə aparmaq düzgün deyil. Deputat qeyd edib ki, informasiya məkanı başqalarının öhdəsinə buraxılmamalıdır.

44 - Tezliklə