Milli Məclisin plenar iclası keçirilir - YENİLƏNİB

Milli Məclisin plenar iclası keçirilir - YENİLƏNİB Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb.
Milli Məclis
27 İyun , 2019 12:01
Milli Məclisin plenar iclası keçirilir - YENİLƏNİB

Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb.

"Report"un xəbərinə görə, iclasa Oqtay Əsədov sədrlik edir.


*** 10:35

Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının növbəti plenar iclası keçiriləcək.

“Report” xəbər verir ki, iclasın gündəliyinə 49 məsələ daxildir.

İclasda əvvəlcə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" (üçüncü oxunuş), "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" (birinci oxunuş), "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" (birinci oxunuş) qanun layihələrinə baxılacaq.

Gündəliyə "Məhkəmələr və hakimlər haqqında", "Əmək pensiyaları haqqında", "Dövlət rüsumu haqqında", "Yol hərəkəti haqqında" qanunlarına, o cümlədən Cinayət, Cinayət-Prosessual, İnzibati Xətalar, Mülki, Mülki Prosessual, Miqrasiya, Vergi və Su məcəllələrinə dəyişiklik layihələri də daxildir.

Deputatlar "Lombardlar haqqında" qanun layihəsini də (birinci oxunuş) müzakirə edəcəklər.

Plenar iclasın davamı iyunun 28-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi