"Biznes və insan hüquqları üzrə Dövlət Proqramı"nın hazırlanması təklif olunur

Milli Məclis
  • 03 mart, 2025
  • 10:02
Biznes və insan hüquqları üzrə Dövlət Proqramının hazırlanması təklif olunur

İnsan Hüquqları üzrə Müvəkkil "Biznes və insan hüquqları üzrə Dövlət Proqramı"nın hazırlanması və qəbul edilməsini təklif edib.

"Report" xəbər verir ki, bununla bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsində qeyd olunub.

Sənəddə vurğulanıb ki, yeni dövlət proqramı BMT-nin "Biznes və insan hüquqları üzrə rəhbər prinsiplərini və "Biznes və insan hüquqları üzrə Milli Fəaliyyət Proqramlarına dair Təlimatını, eləcə də bu sahədə xarici ölkələrin müsbət təcrübəsini nəzərə alaraq, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarına hörmət və riayət edilməsini, hüquq-müdafiə vasitələrinin daha əlçatan olmasını təmin etmək, korporativ sosial məsuliyyətin təbliği və tətbiqi ilə sahibkarların ölkənin sosial iqtisadi həyatında daha fəal iştirakına şərait yaratmaq, bu sahədə aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsinə nail olmaq məqsədi daşımalıdır.

44 filmi