Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi MM-in plenar iclasına tövsiyə olunub

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi MM-in plenar iclasına tövsiyə olunub Deputatlar da məruzə ilə bağlı fikirlərini bildiriblər
Milli Məclis
6 Fevral , 2018 13:32
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi MM-in plenar iclasına tövsiyə olunub
Milli Məclis / Report

Bakı. 6 fevral. REPORT.AZ/ Milli Məclisin (MM) Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə İş Mərkəzinin-bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə olunub.

“Report”un xəbərinə görə, məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.

O bildirib ki, 2017-ci ildə bələdiyyələrin fəaliyyətində aşkar olunan nöqsanlar əvvəlki illərə nisbətən azdır.

Deputatlar da məruzə ilə bağlı fikirlərini bildiriblər.

Müzakirələrin yekununda illik məruzə parlamentin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi