“Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanuna dəyişiklik edilib

“Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanuna dəyişiklik edilib Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunlarına dəyişiklik layihəsi müzakirə edilib.
Milli Məclis
12 İyul , 2019 13:20
“Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanuna dəyişiklik edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunlarına dəyişiklik layihəsi müzakirə edilib.

“Report”un xəbərinə görə, dəyişiklik dəqiqləşdirmə xarakterlidir.

“Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanunun 1-ci (Azərbaycan Respublikasının Dövlət bayrağının təsviri təsdiq edilsin) və 2-ci (Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə təsdiq edilsin) hissələri ləğv edilib.

“Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunun isə 9-cu (Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair tələblər) maddəsinə dəyişiklik edilir.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, onların ölçülərindən asılı olmayaraq, Azərbaycan Respublikasının Konstitusiyasında və “Azərbaycan Respublikası Dövlət bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Konstitusiya qanununda müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

Maddənin 2-ci (Azərbaycan Respublikası Dövlət bayrağının sənaye üsulu ilə hazırlanması, düzəldilməsi, rəngli təsvirinin çapı zamanı onun mavi rənginin “Panton” rənglər kataloqunun Pantone 306C rənginə, qırmızı rənginin Pantone Red 032C rənginə, yaşıl rənginin Pantone 362C rənginə uyğunluğu təmin edilməlidir) hissəsi isə çıxarılıb.

Dəyişiklik layihəsi müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

Son xəbərlər

Orphus sistemi