Azərbaycandakı seçkiləri izləyəcək AŞPA-nın müşahidəçilərinin sayı açıqlanıb

Azərbaycandakı seçkiləri izləyəcək AŞPA-nın müşahidəçilərinin sayı açıqlanıb Nümayəndə heyətinə ispaniyalı deputat Xordi Xukla rəhbərlik edəcək
Milli Məclis
24 Oktyabr , 2015 14:10
Azərbaycandakı seçkiləri izləyəcək AŞPA-nın müşahidəçilərinin sayı açıqlanıb

Bakı. 24 oktyabr. REPORT.AZ/ Oktyabr ayının 30-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidəçilərindən ibarət nümayəndə heyəti Azərbaycana gələcək. 

"Report" AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, nümayəndə heyəti noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək. 

İspaniyalı deputat Xordi Xuklanın rəhbərlik edəcəyi nümayəndə heyətinin tərkibinə 30 müşahidəçi daxildir.

Nümayəndə heyətinin səfəri noyabr ayının 2-də başa çatacaq. 

Son xəbərlər

Orphus sistemi