Azərbaycanda "Zəfər" və "Qarabağ" ordenləri təsis edilir

Azərbaycanda "Zəfər" və "Qarabağ" ordenləri təsis edilir Azərbaycanda yeni ordenlər təsis olunur.
Milli Məclis
20 Noyabr , 2020 10:17
 Azərbaycanda Zəfər və Qarabağ ordenləri təsis edilir
0 : 00
0 : 00

Azərbaycanda yeni ordenlər təsis olunur.

"Report"un xəbərinə görə, bununla bağlı “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda dəyişiklik edilir.

Dəyişiklərlə Azərbaycanda "Zəfər" və "Qarabağ" ordenləri yaradılır.

Bundan başqa, dəyişiklərlə “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis olunur.

Son xəbərlər

Orphus sistemi